BANM-in tələbəsi esse yazı müsabiqəsinin qalibi olub


Sosial 02 Apr 2020 10:04:01 112 0

BANM-in tələbəsi esse yazı müsabiqəsinin qalibi olub

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Rəşad Əhmədov “Azərbaycan naminə” adlı esse yazı müsabiqəsinin qalibi olub.

Rəşad Əhmədov

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Rəşad Əhmədov “Azərbaycan naminə” adlı esse yazı müsabiqəsinin qalibi olub.

BANM-dən "Report"a verilən məlumata görə, o, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə 2016-cı il 1-4 aprel tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərin 4-cü ildönümünə həsr olunan və10 universitet arasında keçirilən müsabiqədə I yerə layiq görülüb.

Bundan başqa, BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının 2-ci kurs tələbəsi Xəyal Fərzəliyev isə müsabiqədə həvəsləndirici mükafata sahib olub.

Qeyd edək ki, müsabiqəyə ümumilikdə 323, Bakı Ali Neft Məktəbinin tələbələri tərəfindən isə 21 esse təqdim olunub.

Müsabiqə “Vətənpərvərlik və şəhidlik zirvəsi”, “Mənəvi dəyərlərimiz” və “Azərbaycançılıq məfkurəsi” mövzularını əhatə edib.

Rəşad Əhmədovun I yerə layiq görülən “Vətənpərvərlik və şəhidlik zirvəsi” mövzusundakı esse yazısı ilə bu linkdən - https://bit.ly/2Jxmplz tanış ola bilərsiniz.