OnePlus şirkətinin büdcəli smartfon seriyası OnePlus Z adı altında satışa çıxacaq


Digərləri 02 Apr 2020 08:55:00 85 0

OnePlus şirkətinin büdcəli smartfon seriyası OnePlus Z adı altında satışa çıxacaq

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OnePlus şirkəti 2015-ci ildə satışa çıxmış büdcəli OnePlus X smartfon modelinin yeni versiyasını təqdim edəcək. Məlumatda qeyd olunmuşdu ki, şirkətin yeni büdcəli smartfon seriyası başqa ad altında satışa çıxacaq. Güman edilirdi ki, söhbət, OnePlus 8 Lite smartfonundan gedir. Lakin görünür, bu belə olmayacaq.

Belə ki, XDA-Developers saytının baş redaktoru Max Weinbach-ın sözlərinə əsasən şirkətin büdcəli smartfon seriyası OnePlus Z adını əldə edəcək. Bu məlumatı həmçinin məşhur hindistanlı insayder Ishan Agarwal da təsdiqləyib. Büdcəli seriyanın ilk cihazı artıq bu il təqdim olunmalıdır. Son məlumat sızıntılarına əsasən şirkətin yeni büdcəli smartfon modeli Full HD+ keyfiyyətli AMOLED ekran, MediaTek Dimensity 1000 prosessoru və üçlü arxa kamera ilə təchiz olunmalıdır. Onun təqdimatının yay fəslində baş tutacağı gözlənilir.