ABŞda fizika üzrə Nobel laureatı vəfat edib


Dünya 02 Apr 2020 08:58:00 113 0

ABŞda fizika üzrə Nobel laureatı vəfat edib

ABŞ-da öz elmi işləri ilə maqnetizm, fövqəlkeçiricilik və materiyanın strukturu barəsində anlayışları dəyişdirən fizika üzrə Nobel laureatı Filip Anderson vəfat edib.

"The New York Times" xəbər verir ki, F.Anderson martın 29-u Prinstonda 96 yaşında vəfat edib.

Onun işlərinin əsas hissəsi mütəmadi kristallik tərkibə malik olmayan təsadüfi strukturlaşan və ya "nizamsız"materiallara həsr olunub.

1958-ci ildə alim elektronların bu sistemlərdə azad şəkildə hərəkət etdiyini və müəyyən qaydada durduğunu nümayiş etdirmişdi.

Gələcəkdə işıq və səs dalğalarının xüsusiyyətlərində də tətbiq edilən bu effekt "Anderson lokallaşması" adını almışdı.