“Türk Hava Yolları” beynəlxalq uçuşları mayın 1dək dayandırıb


Dünya 02 Apr 2020 08:12:00 103 0

“Türk Hava Yolları” beynəlxalq uçuşları mayın 1dək dayandırıb

"Türk Hava Yolları" aviaşirkəti koronavirusa qarşı qabaqlayıcı tədbir olaraq beynəlxalq uçuşları mayın 1-dək dayandırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə şirkət rəhbərliyindən bildirilib.

Qeyd edək ki, bundan əvvəl aviareyslərin aprelin 17-dən dayandırılması ilə bağlı qərar qəbul olunmuşdu. Hazırda Türkiyənin 14 böyük şəhəri istisna olmaqla ölkədə həyata keçirilən bütün daxili və xarici uçuşlar müvəqqəti təxirə salınıb.