ABŞda 1243 nəfər COVID19dan vəfat edib


Dünya 02 Apr 2020 08:04:00 84 0

ABŞda 1243 nəfər COVID19dan vəfat edib

Son 24 saat ərzində ABŞ-da 1,2 mindən çox insan yeni koronavirusun səbəb olduğu xəstəlikdən ölüb. Bu, dünyada xəstəliyin başlanmasından bəri sutka ərzində qeydə alınan ən çox ölüm hadisəsidir.

Son.az Trend-ə istinadən bildirir ki, müvafiq məlumatları Con Hopkins Universiteti təqdim edir.

Universitetin saytında yerləşdirilən məlumata görə, son sutka ərzində COVID-19 (koronavirusun səbəb olduğu xəstəlik) nəticəsində 1243 nəfər ölüb. ABŞ-da yeni koronavirusa yoluxanların sayı 215,417 nəfərə çatıb, 5116 nəfər vəfat edib.

Sutka ərzində ən çox COVID-19 qurbanı üzrə əvvəlki antirekord martın 27-də İtaliyada qeydə alınıb, ölkədə xəstəlikdən 969 nəfər olmüşdü.