İNANILMAZ: həkimlər öləcək dedi, amma 90 yaşlı qadın bu yeməklə koronavirusa QALİB GƏLDİ


Digərləri 01 Apr 2020 23:45:00 148 0

İNANILMAZ: həkimlər öləcək dedi, amma 90 yaşlı qadın bu yeməklə koronavirusa QALİB GƏLDİ

90 yaşlı Jeneva Vud martın əvvəllərində kritik koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilir. Bir neçə gün sonra xəstəxana əməkdaşları ailəsinə zəng vurur ki, gəlib onunla sağollaşsınlar. Lakin Vud yatağından qalxıb ailəsinə qovuşur. O, buna görə öncə tanrıya, sonra isə hər dərdin dərmanı kartof şorbasına borclu olduğunu deyir.

Doğrudur, bu dərman deyil, lakin immun sistemini gücləndirir.

Jeneva etiraf edir ki, bu şorbanı hazırlamağı hələ 9 yaşında ikən anasından öyrənib. O vaxtdan hər dəfə xəstələnəndə bu sehrli şorbanı hazırlayıb, dərman əvəzi orqanizmini sevindirir.

Son.az xəbər verir ki, 90 yaşlı Jeneva Vud Vaşinqtonda yaşayır. Bu günədək qəbul etdiyi kartof şorbasını dərmanı adlandırır.

Xəstəliyə qalib gələn Vudun nəvəsi Keyt instaqram hesabında ailə reseptlərini bölüşüb.