Sevgilisi Hadisəni tərk etdi FOTO


Digərləri 01 Apr 2020 23:25:00 111 0

Sevgilisi Hadisəni tərk etdi  FOTO

Müğənni Hadisə ilə aktyor Kaan Yıldırımın sevgisi karantin rejiminin sınaqlarından məğlub çıxıb.

Son.az xəbər verir ki, koronavirus infeksiyasına yoluxmaqdan qorxan müğənni Kaan Yıldırımın iti ilə küçəyə çıxmasına qarşı çıxıb. Anlaşa bilməyən cütlük ayrılmağa qərar verib. Kaan Yıldırım Hadisənin İstinyedəki evindən ayrılaraq Ulusdakı şəxsi mənzilinə köçüb.

33 yaşlı aktyor iti ilə küçədə çəkdiyi video və fotoları instaqramda paylaşır. Hadisə isə mahnı sözləri yazır, yaradıcılıqla məşğul olur, eyni zamanda mətbəx bacarıqlarını inkişaf etdirir. (publika.az)