Koronavirusdan 4 milyard dollar qazandı FOTO


Digərləri 01 Apr 2020 23:30:00 135 0

Koronavirusdan 4 milyard dollar qazandı  FOTO

Dünyanı cənginə alan və on minlərlə insanın ölümünə səbəb olan koronavirusa görə minlərlə müəssisə kritik vəziyyətə düşüb. Qlobal iqtisadiyyata zərbə vuran pandemiya səbəbilə bir çox sektor və şirkət zərər görməyə başlayıb, bir sıra yerlərdə ixtisarlar aparılıb.

Lakin texnologiya dünyasındakı bəzi firmalar pandemiyadan sonra sərvətinə sərvət və adına şöhrət qatıb.

Son.az xəbər verir ki, insanların evdən işləməyə başlaması və uzaqda yaşayan doğmaları ilə danışmaq ehtiyacı onlayn görüşləri mümkün edən tətbiqlərə rəğbəti artırıb.

"The Guardian"ın xəbərinə görə, bu populyar tətbiqlərdən biri olan "Zoom" bir neçə həftə ərzində 20 milyon insan tərəfindən yüklənib və "TikTok"dan sonra ən çox yüklənən ikinci platforma olub.