Koronavirus ən çox bu xəstəliklərdən əziyyət çəkənləri öldürür STATİSTİKA


Digərləri 01 Apr 2020 23:15:00 96 0

Koronavirus ən çox bu xəstəliklərdən əziyyət çəkənləri öldürür  STATİSTİKA

İtaliyada koronavirusa yoluxanlar və ölənlərlə bağlı hesabat hazırlanıb.

Son.az redaktor.az-a istinadən bildirir ki, hesabatda ölüm nisbəti, yoluxanların yaşı, yoluxma səbəbləri və digər məqamlar öz əksini tapıb. Məlumata görə, ölkədə koronavirusa yoluxanların 55,7%-i kişidir.

Ölkədə koronavirusdan ölüm nisbəti artıb və 10,6-ya çatıb.

Koronavirusdan ölən 10 min 26 nəfərin 95%-nin yaşı 60-dan çoxdur. Cəmi 0,02% isə 20-29 yaş arasında olan şəxslərdir.

Xəstəlikdən sağalmanın ən az olduğu ehtimal 80 və daha artıq yaşda olan insanlardır.