Ağciyərlərin dərmanı keçibuynuzu Özünü və bəhməzini yeyin


Digərləri 01 Apr 2020 22:40:00 125 0

Ağciyərlərin dərmanı keçibuynuzu  Özünü və bəhməzini yeyin

Keçibuynuzu bitkisinin ürək-damar xəstəliklərindən tutmuş həzm sisteminin fəaliyyətinə qədər bir çox faydaları var.

Son.az medicina.az-a istinadən bildirir ki, onu çiy şəkildə qatıqla qarışdırıb yemək daha faydalı hesab olunur.

Keçibuynuzunun tərkibində yüksək miqdarda lif var. Kalsium, kalium, dəmir və natrium kimi minerallarla zəngin olan bu bitkidə həm də bol miqdarda lif var. Bu xüsusiyyəti sayəsində keçibuynuzunun meyvələri mədə-bağırsaq xəstələri üçün çox əhəmiyyətlidir.

Qadınlar yaşlandıqca sümüklərindən kalsium maddəsinin azalması səbəbindən osteporoz xəstəliyi meydana gəlir. Kalsiumla zəngin olan keçibuynuzu bu zaman qadınlar üçün ən yaxşı dərman hesab edilər bilər. Həmçinin bu bitki uşaqların skeletlərinin düzgün inkişafında da faydalıdır.

Qanda olan xolesterol səviyyəsini normallaşdırmaq üçün 2 ay boyunca 10 qr olmaqla çiy şəkildə keçibuynuzu yemək lazımdır.

Həmçinin onu su, süd və ya qatıqla qarışdırıb yemək də yaxşı nəticə verir.