Bakıda ev yanıb


Digərləri 01 Apr 2020 22:49:00 155 0

Bakıda ev yanıb

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 130 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və yaxınlıqda tikilmiş, ümumi sahəsi 100 m² olan digər birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan ümumi sahəsi 130 m² olan digər birmərtəbəli evin ondulindən ibarət dam örtüyü 0,5 m² sahədə əriyib.

Yaxınlıqdakı digər evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.