Putinlə Ərdoğan arasında telefon danışığı olub


Dünya 01 Apr 2020 22:35:00 107 0

Putinlə Ərdoğan arasında telefon danışığı olub

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Suriya böhranının nizamlanması, o cümlədən İdlibdə vəziyyəti sabitləşdirmək üçün Rusiya-Türkiyə razılaşmalarının həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat ximdəti bildirib.

Bildirib ki, Suriya böhranının nizamlanmasına dair məsələlər, o cümlədən İdlib zonasında vəziyyətin sabitləşdirilməsi üçün 5 mart 2020-ci il tarixli Rusiya-Türkiyə razılaşmalarının icrası ilə bağlı geniş fikir mübadiləsi davam edib. Telefon danışığı zamanı Liviya məsələsinə də toxunulub.

Tərəflər, həmçinin koronavirus pandemiyasının yayılması ilə mübarizə istiqamətində görülən tədbirlər barədə bir-birlərini məlumatlandırıblar və Rusiya vətəndaşlarının Türkiyəyə qayıtmasını təmin etmək sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər: