Koronavirusdan pik ölüm həddi yaxınlaşır Aprelin 15də...


Dünya 01 Apr 2020 22:25:00 126 0

Koronavirusdan pik ölüm həddi yaxınlaşır  Aprelin 15də...

ABŞ-da koronavirus qurbanlarının sayı 100 min-2,2 milyon arasında dəyişə bilər.

Son.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti ekspert materiallarına istinadən məlumat yayıb.

Ən yaxşı ssenari hökumətin müdaxiləsini əhatə edir. Əks halda COVID-19 səbəbilə 100-200 min, pik həddə isə 1,5 milyondan 2,2 milyona qədər insan həyatla vidalaşa bilər.

Pik ölüm həddini mütəxəssislər aprelin 15-nə proqnoz veriblər. Həmin gün 2214 nəfər koronavirusdan ölə bilər. Sonrakı mərhələdə ölü sayı azalacaq. İyunun 1-dək həyatla vidalaşanların sayı gündə 250, həmin tarixdən etibarən isə 100 nəfər olacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp qarşıdakı iki həftənin gərgin olacağını söyləyib.