Həkimdən koronavirus XƏBƏRDARLIĞI: Uşaqların Günəşdən məhrum olması və gecə saatlarında...


Digərləri 01 Apr 2020 22:15:00 100 0

Həkimdən koronavirus XƏBƏRDARLIĞI: Uşaqların Günəşdən məhrum olması və gecə saatlarında...

Koronavirusa yoluxan uşaqlarda COVID-19 simptomları özünü zəif şəkildə göstərir. Eyni zamanda, onların infeksiyanın gizli daşıyıcıları olduqları aşkarlanıb. "MedicalXpress"in məlumatına görə, çinli alimlər müəyyən araşdırmalardan sonra belə qənaətə gəliblər.

Mütəxəssislər koronavirus xəstələri ilə yaxın təması müəyyən edilən və ya yoluxma hallarının qeydə alındığı ailənin üzvü olan iki aylıqdan 15 yaşa qədər 745 uşaq haqqında məlumatı təhlil edib. Yoxlamalardan sonra cəmi 10 uşağa (1,3 faiz) yeni tip virus diaqnozu qoyulub, lakin onların heç birində ciddi simptomlar görülməyib. 7 uşaqda temperatur 39 dərəcəni keçməyib.

Alimlər qeyd edirlər ki, bəzi hallarda uşaqlarda boğaz ağrısı, öskürək və burun tutulması olub, lakin yetkin xəstələrin əziyyət çəkdiyi əzələ və baş ağrısı müşahidə edilməyib. Döş qəfəsinin rentgeni uşaqların heç birində sətəlcəm əlamətləri göstərməyib. Bununla belə, yoluxmuş uşaqların digər uşaqları əvvəl hesab edildiyindən daha uzun müddət sonra yoluxdura biləcəyi müəyyən edilib. Burun və boğazdan götürülən yaxma analizləri koronavirusun olmadığını göstərsə də, xəstəxanadan buraxıldıqdan 13 gün sonra belə uşaqların nəcislərində virus müəyyən edilib. Bu da onların gizli şəkildə COVID-19 daşıyıcısı olduğunu sübut edir.

Son.az bildirir ki, pediatr Elşən Tağıyev publika.az-a müsahibəsində uşaqları koronavirusdan qorumağın yollarından danışıb. Ekspert müsahibəsində valideynlərə vacib tövsiyələr verib.

- Elşən həkim, koronavirus bəlasının bütün dünyaya yayıldığı bir vaxtda uşaqlarımızı ondan necə qoruyaq? Hansı qaydalara əməl etmək vacib şərtdir?

- Statistikaya əsasən dünyada 735 000 insan koronavirusa yoluxub, ölənlərin sayı isə 35 minə yaxınlaşır. COVID-19-la mübarizə sahəsində Səhiyyə Nazirliyi, TƏBİB və Nazirlər Kabineti yanında Operativ Qərargahın gördüyü tədbirlər həqiqətən də təqdirəlayiqdir. Məhz bu tədbirlər sayəsində Azərbaycanda koronavirus infeksiyasını nəzarətdə saxlamaq mümkün olub.

Yeni tip virusa yoluxmanın ən real yolu xəstələrlə təmasda olmaqdır. Odur ki, Operativ Qərargahın verdiyi tövsiyələrə əməl etmək lazımdır. Sosial izolyasiya virusun yayılmasının qarşısını alan ən effektiv üsullardan biridir. Digər yollardan biri də əhali arasında koronavirusa qarşı testlərin aparılmasıdır. Bu gün Azərbaycanda 35 mindən artıq test aparılıb. Müayinələr nəticəsində 209 xəstə müəyyən olunub. Bu mənada xəstələrin təmasda olduğu insanların karantinə alınması və izlənməsi mühüm şərtdir. Karantin qaydalarına əməl etmək xəstəlikdən qorunmağın ən vacib yoludur. Odur ki, valideynlərə müraciət edərək demək istəyirəm ki, nə qədər çətin olsa da, evdə qalmaq lazımdır.

Təbii ki, virus əsasən əllər vasitəsilə yoluxduğu üçün onları tez-tez sabun və isti su ilə yumaq vacibdir. Əlləri yumaq üçün su və sabun yoxdursa, o zaman spirt və antiseptik vasitələrdən istifadə etmək olar. Qoruyucu maskaları sağlam insanların taxmasına ciddi ehtiyac yoxdur. Onları xəstəyə qulluq edənlər, tibbi personal və digər insanlarla yaxın təmasda olmaq riski olanlar istifadə etməlidir. Digər hallarda ehtiyac görülmür. O cümlədən sağlam insanların əlcək də taxmasına gərək yoxdur.

- Uşaqlarda immuniteti gücləndirmək üçün hansı tədbirləri görməliyik? Antibiotik və vitamin əlavələri nə dərəcədə effektivdir?

- Koronavirusla mübarizə məqsədilə yoluxmanın qarşını almaq və immuniteti gücləndirmək üçün xüsusi preparatlar yoxdur. Antibiotiklər bu virusa təsir etmir. Lakin son zamanlar aparılan araşdırmalar göstərir ki, azitromisin tərkibli antibiotiklər virus əleyhinə effektiv təsir göstərir. Bu dərmanlar Amerika və Çində yalnız koronavirusa yoluxmuş xəstələrin müalicəsində istifadə olunur. Amma sözügedən dərmanlar profilaktik məqsədlə istifadəyə uyğun deyil. Digər vitamin preparatları da səhhəti yaxşılaşdırmaq üçün qəbul edilə bilər. Vitaminlərin qəbul edilməsi xüsusilə yaz dönəmində vacibdir. Valideynlər uşaqlara D vitamininin verilməsinə xüsusi diqqət etməlidir.

- Karantin müddətində Günəş işığından məhrum olmaq immun sisteminə təsir edir?

- Bəli, D vitamininin immun sisteminin gücləndirilməsində rolu birmənalı şəkildə sübut olunub. Odur ki, valideynlərə yaz aylarında uşaqlarına normal profilaktik dozada D vitamini verməyi tövsiyə edirəm.

- Uzunmüddətli karantin şəraitində yaşamaq uşaqların immunitetində hansı izləri qoya bilər? Bu stressə qarşı uşaqların müqaviməti nə qədər tab gətirə bilər?