Koronavirus məşhur alimin həyatına son qoydu


Dünya 01 Apr 2020 21:45:00 125 0

Koronavirus məşhur alimin həyatına son qoydu

HİV virusuna qarşı araşdırmaları ilə tanınan dünyaşöhrətli Cənubi afrikalı professor Gita Ramcii Covid-19-dan dünyasını dəyişib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu yaxınlarda İngiltərədən Cənubi Afrikaya qayıdan alim pnevmoniya əlamətləri ilə KvaZulu-Nata bölgəsindəki xəstəxanaya yerləşdirilib. Ramcii müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Cənubi Afrikada indiyədək koronavirusdan 5 nəfər dünyasını dəyişib. 1353 nəfər isə yoluxub.