Rusiyanın avtomobil istehsalçısı qoruyucu maska istehsalına başladı


İqtisadiyyat 01 Apr 2020 21:22:27 144 0

Rusiyanın avtomobil istehsalçısı qoruyucu maska istehsalına başladı

Rusiyanın yük və minik avtomobilləri istehsalçısı “KamAZ” ASC qoruyucu kostyum və maskaların istehsalına başlayıb

Rusiyanın yük və minik avtomobilləri istehsalçısı“KamAZ” ASC qoruyucu kostyum və maskaların istehsalına başlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, tibbi ləvazimatlar koronavirusla mübarizə çərçivəsində Tatarıstanın Yar Çallı şəhərinin həkimlərinə pulsuz paylanılacaq.

Rusiya şirkəti gündəlik 550 kostyum istehsal etməyi planlaşdırır. Aprelin 9-na qədər5 000 qoruyucu kostyum artıq hazır olmalıdır.

Xatırladaq ki, Rusiyada koronavirus qurbanlarının sayı 24 nəfərdir. Ölkədə 2 777 nəfərdə koronavirus qeydə alınıb.