Naxçıvanda hərbçilər Koronavirusla Mübarizəyə Dəstək Fonduna 596 min manat köçürüblər


Siyasət 01 Apr 2020 20:36:52 151 0

Naxçıvanda hərbçilər Koronavirusla Mübarizəyə Dəstək Fonduna 596 min manat köçürüblər

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondunun xəzinə hesabına Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları tərəfindən 596 min 464 manat ianə köçürülüb.

"Report" xəbər verir ki, hazırda fondun hesabında ümumilikdə 3 milyon 994 min 918 manat toplanıb.

Qeyd edək ki,Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovunmartın 24-də imzaladığı fərmanla muxtar respublikada Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.