Bakının mərkəzində yol qəzası oldu, avtomobillərdən biri aşdı


Sosial 01 Apr 2020 21:14:35 107 0

Bakının mərkəzində yol qəzası oldu, avtomobillərdən biri aşdı

Paytaxtın Nəsimi rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Paytaxtın Nəsimi rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Bülbül prospekti ilə 28 May küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobillə "Toyota" markalı avtomobil toqquşub.

Zərbədən "Toyota" markalı avtomobilyolun kənarına aşıb.

Sərnişinlərdən biri hadisə yerində olanNəsimi RayonPolis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindənavtomobildən çıxarılıb.

Ona, polislər tərəfindən ilkin tibbi yardım göstərilib. Daha sonra1 saylı Kliniki Tibbi Mərkəzətəxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.