İtaliyada koronavirus qurbanlarının sayı 13 mini ötdü


Dünya 01 Apr 2020 20:22:43 140 0

İtaliyada koronavirus qurbanlarının sayı 13 mini ötdü

İtaliyada koronavirusdan ölənlərin sayı sürətlə artır

İtaliyada son sutkada daha 727 nəfər koronavirusdan ölüb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bununla daölkədə koronavirus qurbanlarının sayı 13 155-ə çatıb.

Bundan başqa, ölkədə 4 782 yeni yoluxma faktı qeydə alınıb. Beləliklə, infeksiyadaşıyıcılarının rəsmi sayı 110 574 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 894 000-i ötüb. Bunların 189 470 nəfəri sağalıb, 45 050 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.