Abşeron və Sumqayıtda polis postları quruldu


Sosial 01 Apr 2020 17:06:50 115 0

Abşeron və Sumqayıtda polis postları quruldu

"Xəbərdarlıqlara baxmayaraq, zərurət olmadığı hallarda vətəndaşların evdən çıxaraq, istər avtomobillə, istərsə də piyada və avtobusla hərəkətində intensivlik azalmır".

"Xəbərdarlıqlara baxmayaraq, zərurət olmadığı hallarda vətəndaşların evdən çıxaraq, istər avtomobillə, istərsə də piyada və avtobusla hərəkətində intensivlik azalmır".

Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, bununla əlaqədar Abşeron rayonunun Xırdalan şəhərində və digər qəsəbələrində, həmçinin Sumqayıt şəhərində polis postları qurulub.

"Postlarda vətəndaşların sənədləri yoxlanılaraq zərurət olmadığı təqdirdə hərəkət etmələrinə nəzarət olunacaq və qarşısı alınacaq. Bir daha vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara riayət etməyə çağırır və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün evdə qalmağa çağırırıq", - K.Əliyev bildirib.