Çeçenistana da girişçıxış bağlanır


Dünya 01 Apr 2020 18:25:41 102 0

Çeçenistana da girişçıxış bağlanır

Prezident Ramzan Kadırov koronavirusun yayılması səbəbiylə aprelin 5-dən etibarən Çeçenistan Respublikası ərazisinə giriş və çıxışı tamamilə bağlayacağını elan edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Kadırov Çeçenistan sakinlərini aprelin 5-dək vətənlərinə qayıtmağa çağırıb.

"Əks təqdirdə onlar respublikaya daxil ola və ya çıxa bilməyəcəklər" ,- deyə o, qeyd edib.

Dövlət başçısı məhdudiyyətlərin qida və dərman daşınmalarına aid olmayacağını bildirib.

Qeyd edək ki, son məlumatlara görə, Çeçenistanda 10 koronavirusa yoluxma faktı qeydə alınıb.