"Maşın sürüb özlərini göstərməlidilər"


Şou-biznes 01 Apr 2020 18:33:00 153 0

"Maşın sürüb özlərini göstərməlidilər"

Əməkdar artist Mətanət İsgəndərli maşın sürən qadınları tənqid edib.

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni bu haqda "Hüseynova bacıları" verilişində deyib. Aparıcılar proqram zamanı aktrisa Xəyalə Quliyevanın avtomobil qəzası keçirdiyini deyiblər.

İsgəndərli isə xəbərə sərt reaksiya verərək, xanımların maşın sürməsini pisləyib:

"Sürə bilmirsən niyə sürürsən? Bilsələr də, bilməsələr də otururlar sükan arxasına, təki maşın sürsünlər. Mən maşın sürmürəm, ölmürəm ki...

Sürərəm ey, amma canımı çox istəyirəm. Bunlar maşın sürüb özlərini göstərməlidilər".