"Üzeyir Hacıbəyov bu musiqini bizə qoyub gedib ki, eyvanda oxuyaq?"


Şou-biznes 01 Apr 2020 18:47:00 159 0

"Üzeyir Hacıbəyov bu musiqini bizə qoyub gedib ki, eyvanda oxuyaq?"

Ətrafımda olan bəzi dostlarım, xahiş edirəm, mənə ağıl və məsləhət verməyin ki, hamamda şeir de, qəzəl oxu, unitazın üstünə çıx əlini sabunla yu, eyvanda konsert ver. Bunlar hamısı düşüklükdür. Düşüklük etməyin!

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Ceyhun Əliyev həmkarlarının ünvanına deyib. Sənətçi koronavirus infeksiyasının yayıldığı ərəfədə sənət adamlarının fərqli "challenge"lər paylaşmasını tənqid edib. Ceyhun ad çəkmədən eyvanda konsert verən, vanna otağından görüntü yayan müğənniləri ələ salıb:

"Guya, böyük salonlarda hər ay konsert verməkdən birtəhər olmuşdunuz. İndi də böyük zallar bağlanıb, həsrət qalmısız, çıxmısız eyvana. Yəqin, efirə çıxa bilməyənlər də evdə televizorun üstünə çıxıb oxuyurlar.

Gündə biri zəng edir ki, blokun qabağında, eyvanda, evdə, mətbəxdə konsert təşkil edirik, oxuya bilərsiz? Ayıb deyil? Üzeyir Hacıbəyov, Şövkət Ələkbərova, Rəşid Behbudov bu musiqini bizə qoyub gedib ki, eyvanda konsert verək? Azərbaycan musiqisini bu qədər alçaltmayın. Yığışdırın bunları.

Giriblər hamamda şeir deyirlər, əl yuyurlar. Bunlar nədir? Sizin eyvanda yox, Heydər Əliyev Sarayında, Yaşıl Teatrda konsert verən vaxtınızdır. Oturun oturduğunuz yerdə".