Bakıda karantin rejimini pozan kafe aşkarlandı


Sosial 01 Apr 2020 18:23:38 151 0

Bakıda karantin rejimini pozan kafe aşkarlandı

Ölkə ərazisində xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər keçirilir.

Ölkə ərazisində xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər keçirilir.

"Report"un xəbərinə görə, polis əməkdaşları və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları Bakının müxtəlif yerlərində reydlər keçirib.

Reyd zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektlərinə rast gəlinib.

Belə ki, polis əməkdaşları və hərbi qulluqçuları paytaxt ərazində kafe aşkarlayıblar.

Aşkarlanan iaşə obyektinin sahibi inzibati protokol tərtib edilərək obyektin bağlanması təmin edilib.