Gazelli Group bütün uşaq evi və internatları antiseptik vasitələrlə təmin etdi


Digərləri 01 Apr 2020 18:06:00 117 0

Gazelli Group bütün uşaq evi və internatları antiseptik vasitələrlə təmin etdi

Gazelli Group bütün uşaq evi və internatları antiseptik vasitələrlə təmin edib.

Trend-in məlumatına görə, Gazelli Group əhalinin sağlamlığının qorunması istiqamətində olan fəaliyyətini davam etdirir. Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və mənfi təsirinin məhdudlaşdırılması üzrə tədbirləri dəstəkləyərək, holdinq Təhsil Nazirliyinin nəznindəki bütün internat məktəbləri və uşaq evlərini bir aylıq antiseptik vasitələr, maye sabunları və şampunlarla təmin edib. "Kütləvi istehlak məhsullarını istehsal edən irimiqyaslı bir holdinq olaraq, biz vətəndaşlar və dövlətimizə qarşı sosial məsuliyyətimizi dərk edirik və məhz buna görə növbəti addımımız Təhsil Nazirliyinin nəznindəki bütün internat məktəbləri və uşaq evlərini bir aylıq antiseptik vasitələr, maye sabunları və şampunlarla təmin etmək oldu. Yalnız gücümüzü birləşdirərək, biz bu virusun daha çox yayılmasının qarşısını ala və ona qalib gələ biləcəyik. Hal-hazırda əhalinin sağlamlığının qorunması üçün dövlət tərəfindən tətbiq olunan bütün tədbirləri dəstəkləmək çox vacib məsələdir. Şirkətimiz adından biz bütün vətəndaşları evdə qalmağa, yalnız zəruri hallarda evdən maska və əlcək taxaraq çıxmağa, əlləri tez-tez yumağa və antiseptik maddələrdən istifadə etməyə çağırırıq. Diqqətli olun və sağlam qalın!" - bu sözlərlə bərabər şirkətin nümayəndəsi qeyd edib ki, Gazelli Group koronavirusun yayılmasının qarşısını almaq üçün növbəti addımları atmağa hazırdır.