Şvartsenegger karantində uzunqulağı ilə şahmat oynadı FOTO


Digərləri 01 Apr 2020 17:58:00 113 0

Şvartsenegger karantində uzunqulağı ilə şahmat oynadı  FOTO

Məşhur amerikalı aktyor Arnold Şvartsenegger koronavirus pandemiyası zamanı könüllü olaraq karantinə yollanıb.

Son.az axşam.az-a istinadən bildirir ki, 72 yaşlı aktyor infeksiyadan qorunmaq üçün vaxtını Lulu adlı uzunqulağı, Viski adlı ponisi və Albalı adlı iti ilə birlikdə evində keçirir.

Arnold İnstaqram-da paylaşdığı fotosu ilə bir daha hər kəsi təəccübləndirməyi bacarıb.

Lulu (uzunqulaq) ilə görüntüsünü yayımlayan aktyor "Şahmat oynamaq üçün yaxşı rəqib deyil, amma çalışır" qeydini yazıb.