AzəriÇıraqGünəşli və Şahdəniz üzrə gəlirlər açıqlandı


Digərləri 01 Apr 2020 17:05:39 104 0

AzəriÇıraqGünəşli və Şahdəniz üzrə gəlirlər açıqlandı

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu il aprelin 1-nə "Azəri-Çıraq-Günəşli" (AÇQ) yatağı və Şahdəniz üzrə gəlirləri açıqlayıb.

Son.az bildirir ki, fonddan Trend-ə verilən məlumata görə, AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 1 671 milyon dollar təşkil edib.

O cümlədən, bu ilin yanvarın 1-dən aprelin 1-nə qədər Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 100 milyon dollar təşkil edib.

Şahdəniz yatağı üzrə 2007-ci ildən bu ilin martına qədər qazın satışından əldə olunan ümumi gəlirlər 2 834 milyon dollar olub.