İranda 8 apreldən sonra bütün fəaliyyətlər bərpa edilə bilər


Dünya 01 Apr 2020 17:32:00 94 0

İranda 8 apreldən sonra bütün fəaliyyətlər bərpa edilə bilər

İranda 8 apreldən sonra məktəblər, universitetlər və idarələrin fəaliyyətləri bərpa oluna bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Trend IRINN-ə istinadən məlumat verib.

İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin sözlərinə görə, bunun üçün İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin protokoluna ehtiyac var.

O əlavə edib ki, İranda koronavirusla mübarizə ilə əlaqədar məhdudlaşdırıcı plan nəticəsində şəhərlər arasında səfərlər 30%, benzin istehlakı təxminən 55% azalıb.

İranlı nazir məhdudlaşdırıcı planın 8 aprelədək davam edəcəyini bildirib.