Rusiyadakı Azərbaycan vətəndaşlarının ölkəyə buraxılma vaxtı açıqlandı


Digərləri 01 Apr 2020 17:37:09 122 0

Rusiyadakı Azərbaycan vətəndaşlarının ölkəyə buraxılma vaxtı açıqlandı

Rusiyadakı Azərbaycan vətəndaşlarının ölkəyə buraxılma vaxtı müəyyənləşib. 

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" səhifəsində bildirilib.

"COVID-19-un bölgədə geniş yayılması səbəbi ilə müvəqqəti olaraq, Rusiyadan Azərbaycana səfər edən Azərbaycan vətəndaşlarının 31 Mart tarixindən "Samur" - "Yaraq Qazmalar" sərhəd buraxılış məntəqəsindən keçidi həftənin şənbə günləri müəyyən olunmuş vaxtda təmin ediləcək", - məlumatda qeyd olunub.