Xalq artisti: "Yaşından və statusundan asılı olmayaraq hər kəs xüsusi karantin rejiminə riayət etməlidir"


Kriminal 01 Apr 2020 16:01:16 117 0

Xalq artisti: "Yaşından və statusundan asılı olmayaraq hər kəs xüsusi karantin rejiminə riayət etməlidir"

Bu xəstəlik tək Azərbaycanda deyil, bütün dünyada problemlər yaradıb və bunun ən başlıca həll yolu evdə oturub, virusa yoluxmamaqdır.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Xalq artisti Möhlət Müslümov deyib.

Onun sözlərinə görə, yaşından və statusundan asılı olmayaraq hər kəs xüsusi karantin rejiminə riayət etməlidir:

"Yaşlı nəsil bilər ki, o vaxt Böyük Vətən müharibəsi zamanı bundan da ağır vəziyyət olub. Həmin zaman insanlar evdən çölə çıxmır, quru çörək belə tapa bilmirdilər. İnsanlar elə şeylərlə qidalanırdılar ki, onu təsəvvürə belə gətirmək çətindir. Ancaq indiki halda hər bir vətəndaşın evində normal şərait və ən azı qidalanmaq üçün çörəyi var.

Prezident İlham Əliyev tam vaxtında düzgün addım ataraq bu qərarı verdi. Biz də bir millət olaraq ona dəstək olmalyıq ki, bu bəladan canımızı qutaraq. Biz bilməliyik ki, dövlət başçısı bizim sağlamlığımız üçün çalışır".

Xalq artisti qeyd edib ki, özü, ailəsi və yaxınları xüsusi karantin rejiminə əməl edirlər:

"Elə insanlar var ki, bu məsələyə ciddi yanaşmayaraq laqeydlik göstərirlər. Onlar bilməlidirlər ki, adi bir qapının dəstəyindən belə virusa yoluxa, sonra isə özləri ilə bərabər yaxınlarını da bu bəlaya sala bilərlər. Mən şəxsən neçə gündür ailəmi evdən çölə çıxmağa qoymuram. Oğlum Rüstəm Müslümov hazırda xaricdədir və ona da dönə-dönə tapşırmışam ki, quru çörək yesin, ancaq evdən çölə çıxmasın".