“Petkim” koronavirus fonunda tibb məhsulları üçün xammal istehsalına diqqət ayırıb


Digərləri 01 Apr 2020 15:34:00 114 0

“Petkim” koronavirus fonunda tibb məhsulları üçün xammal istehsalına diqqət ayırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki "Petkim" neft-kimya kompleksi koronavirus fonunda tibb məhsulları üçün xammal istehsalına diqqət ayırıb.

Son.az bildirir ki, Trend bu barədə "SOCAR Turkey" şirkətinə istinadən məlumat verir.

Şirkətdən bildiriblər ki, hazırkı vəziyyətdə "Petkim" tibbi ləvazimatlar və qablaşdırmalara olan cari tələbatı tam ödəmək üçün dayanmadan işləyir.

Bundan başqa, "Petkim" maska və xüsusi geyimlər üçün parça istehsalına zəruri xammala olan tələbatı tam ödəyir.