Almaniyada yaşayan azərbaycanlı rəssam: "Əziz həmyerlilərim, özünüzü və yaxınlarınızı qoruyun" VİDEO


Kriminal 01 Apr 2020 15:05:00 151 0

Almaniyada yaşayan azərbaycanlı rəssam: "Əziz həmyerlilərim, özünüzü və yaxınlarınızı qoruyun"  VİDEO

Mən öz həmvətənlərimə, Azərbaycan əhalisinə müraciət edirəm. Əziz həmyerlilərim, dünyamız, bəşəriyyət ağır dövrlər yaşayır.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Almaniyada yaşayan azərbaycanlı rəssam Əşrəf Heybətov deyib.

O bildirib ki, mən bunu "apokalipsis" adlandırardım, çünki çoxlu insan itkisi var:

"Bu, qorxulu və gözlənilməzdir. Demək olar ki, hər ailədə planlar pozulub. İnsanlar maddi və mənəvi itkilərlə üzləşir. Gəlin, buna tanrı tərəfindən göndərilən sınaq kimi baxaq. Bu ağır vaxtın keçəcəyinə inanın. Yeganə müdafiə ev şəraitində karantinə əməl etməkdir. Xahiş edirəm, evdə qalın.

Bu, epidemiyanın qarşısını almaq və ona qalib gəlmək üçün çox vacibdir. Avropada, Almaniyada eyni vəziyyətdir. Yalnız marketlər, apteklər açıqdır. Digər müəssisələr, təşkilatlar isə bağlanıb. Siz bütün bunları televizordan da bilirsiniz. Hər şey keçir, bu sınaq da keçəcək. İnanın. Sadəcə bunu evdə qalmaqla gözləmək lazımdır. Özünüzü, uşaqlarınızı, valideynlərinizi, yaxınlarınızı qoruyun və sağlam olun".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.