Koronavirusla bağlı 1 aprel zarafatı edən şəxslər həbs olunacaq


Dünya 01 Apr 2020 14:59:00 107 0

Koronavirusla bağlı 1 aprel zarafatı edən şəxslər həbs olunacaq

Tailand hökuməti koronavirusla bağlı 1 aprel zarafatı edən şəxsləri həbs edə bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Baş Prokurorluğu elan edib.

Qeyd olunur ki, epidemiya ilə əlaqədar fövqəladə vəziyyət elan olunub və bu şəraitdə internetdə və ya KİV-lərdə zarafat xarakterli məlumatların və ya dezinformasiyaların yayılması əhali arasında təşvişə səbəb ola bilər.

Prokurorluq bildirib ki, koronavirusla bağlı 1 aprel zarafatı edən şəxslər 2 ilədək azadlıqdan məhrum edilə və 1300 dollaradək cərimələnə bilər.