Küçəyə çıxma qadağası bu ölkədə boşanmaların sayını artırdı


Dünya 01 Apr 2020 14:48:00 125 0

Küçəyə çıxma qadağası bu ölkədə boşanmaların sayını artırdı

Çində koronavirus pandemiyası ilə əlaqədar bir çox şəhərlərdə tətbiq edilən karantinlə əlaqədar ailələrin evdə qapalı vəziyyətdə qalması boşanmaların sayını artırıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "HaberGlobal" məlumat yayıb.

Bildirilir ki, Çinin mərkəzində Sian və Sıçuan əyalətindəki Dazou şəhərində mart ayında boşanma iddiası ilə rekord həddə müraciət olub. Mütəxəssislər bunu normal həyatda rast gəlinən kiçik problemlərin böyüdülməsi və ünsiyyət çatışmazlığı ilə əlaqələndiriblər.

Şanxayda yaşayan və "Bloomberg"ə danışan vəkil Stiv Li bildirib ki, vəkillik etdiyi boşanma hadisələrində 25 faiz artım olub.

Onun sözlərinə görə, cütlüklər bir arada daha çox vaxt keçirdikləri üçün bir-birindən nifrət etməyə başlayıblar:

"İnsanların özlərinə aid məkanları olmalıdır. Bu, yalnız cütlüklərə deyil, hər kəsə aiddir".

Bundan başqa, ailədaxili şiddət hadisələri də artıb. Belə ki, fevral hesabatlarına görə, epidemiyanın başladığı Uhan yaxınlığındakı Hubey bölgəsində şiddət hadisələri ötən ilə nisbətdə üç dəfə artıb.