Rabitəbank müştərilərinə xoş xəbər! Müddəti tamamlanan kartların vaxtını uzadır!


Digərləri 01 Apr 2020 14:30:00 103 0

Rabitəbank müştərilərinə xoş xəbər! Müddəti tamamlanan kartların vaxtını uzadır!

Rabitəbank Koronavirusla mübarizədə müştərilərinə dəstəkdir!

Bu istiqamətdə ölkədə aparılan zəruri tədbirləri nəzərə alaraq, cari ilin mart, aprel, may ayından etibarən istifadə müddəti tamamlanan bütün ödəniş kartlarının vaxtı 2020-ci ilin iyul ayına qədər avtomatik uzadılacaqdır. Müştərilər kart vasitəsilə vəsaitlərini nağdlaşdırma ilə yanaşı, alış-verişlərini, həmçinin evdən onlayn sifarişlər nağdsız olaraq kart vasitəsilə həyata keçirə biləcəklər.

Həmçinin müştərilərə, COVID-19-dan qorunmaq üçün, ödənişlərini nağdsız şəkildə kart vasitəsi ilə və yaxud PayPass stikerlərimizlə həyata keçirmələrini tövsiyə edirik. Bütün bunlarla yanaşı, nağdsız əməliyyatlardan istifadə edən müştərilərimiz supermarketlərdən, yemək sifarişlərini çatdıran şirkətlərdən və digər onlayn sifarişlərdən cashback qazanacaq.