Karantin qaydalarına əməl etməyib, yoldan keçənlərə irad tutan jurnalist tənqid hədəfi oldu VİDEO


Digərləri 01 Apr 2020 14:26:00 120 0

Karantin qaydalarına əməl etməyib, yoldan keçənlərə irad tutan jurnalist tənqid hədəfi oldu  VİDEO

Müxtəlif telekanallarda yayımlanan karantin rejimindəki küçə sorğuları sosial şəbəkələrdə ictimai qınağa səbəb olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, müxbirlərin israrla vətəndaşlardan maska, əlcək və ya evdə qalmasını tələb etməsi peşəkarlar tərəfindən qınanılıb. 

Səhiyyə Nazirliyi dəfələrlə xəstəliyə yoluxmayan şəxslərin maska taxmaq məcburiyyətinin olmadığını vurğulayıb. Bundan başqa, qanuni olaraq insanların maska, əlcək və bu kimi ləvazimatlardan istifadəsi məcburi deyil. Vətəndaşlar sadəcə olaraq 2 metrlik ara məsafəsini saxlamalıdır ki, elə bu qanunu da jurnalistlər pozur. 

Sözügedən sorğulardan biri də Sumqayıt şəhərində fəaliyyət göstərən Dünya TV-də yayımlanıb.

Həmin videoda yer alan jurnalistin özünün karantin qaydalarına əməl etməyib şəhər sakinlərinə tutduğu irad sosial şəbəkələrdə şiddətlə qınanıb: