Xalq artistinin qardaşı Rusiyada qəzada öldü,


Şou-biznes 01 Apr 2020 14:28:49 142 0

Xalq artistinin qardaşı Rusiyada qəzada öldü,

Xalq artisti Canəli Əkbərov iki gün əvvəl Rusiyada qəzada dünyasını dəyişən qardaşı barədə açıqlama verib.

Son.az bildirir ki, qafqazinfo-ya danışan muğam ustadı Fərail Əkbərovun nəşinin Rusiyada olduğunu, güman ki, dəfn mərasiminin orada baş tutacağını bildirib:

"Yayılan məlumatlar doğrudur. Avtomobili özü idarə edib. Arxadan gələn başqa bir avtomobil ona çırpılıb. Çox çətin bir dövrdə dünyasını dəyişdi. Ailəsi, övladları, işi Sankt- Peterburqdadır. Nəşinin Azərbaycana gətirilməsi məsələsi ortada qalıb. Görək nə olur?!"

Qaynarinfo.az-ın məlumatına görə, F. Əkbərovun nəşi karantin səbəbindən iki ölkə arasında hava və dəmir yolu nəqliyyatı bağlı olduğu üçün Azərbaycana gətirə bilmir.