Umayra Tağıyevaya yeni vəzifə verildi


Digərləri 01 Apr 2020 14:01:56 87 0

Umayra Tağıyevaya yeni vəzifə verildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yeni yaradılan Milli Hidrometeorologiya Xidmətinə rəhbər təyinatı olub.

Nazirliyin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Umayra Tağıyeva xidmətin rəhbəri təyin edilib.

Bu təyinata qədər o, Milli Hidrometeorologiya Departamentinin direktoru olub.

Qeyd edək ki, Umayra Tağıyeva 1990-cı ildən​ hidrometeorologiya sahəsində çalışır.