Böyük Britaniya Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımır


Siyasət 01 Apr 2020 14:05:00 129 0

Böyük Britaniya Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımır

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi 31 mart tarixində Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"lə bağlı bəyanat yayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bəyanatda deyilir:

"Böyük Britaniya mart ayının 31-də Dağlıq Qarabağda baş tutan "seçkiləri" tanımır. Böyük Britaniya bir daha ATƏT-in Minsk Qrupunun sülh prosesindəki rolunu tam dəstəklədiyini bildirir və bu prosesdə Azərbaycan və Ermənistanı etimadın yaradılması və danışıqlar yolu ilə həll olunması üçün səylərini sürətləndirməyə çağırır".

Qeyd edək ki, martın 31-də Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisində - Dağlıq Qarabağda qondarma rejim tərəfindən "prezident və parlament" seçkiləri keçirilib.