BMT qurumları ÜSTlə birgə koronavirusla bağlı bəyanat yaydı


Dünya 01 Apr 2020 14:06:00 98 0

BMT qurumları ÜSTlə birgə koronavirusla bağlı bəyanat yaydı

Qaçqınların, miqrantların və vətəndaşlığı olmayan şəxslərin hüquq və sağlamlığı COVID-19 virusuna cavab tədbirləri çərçivəsində qorunmalıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bu BMT İHAK, BMqT, BMT QAK və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə bəyanatında yer alıb.

COVID-19 böhranı qarşısında hamımız həssasıq. Virus heç bir ayrı-seçkilik etmədiyini göstərdi, lakin çox sayda qaçqınlar, məcburi köçkünlər, apatridlər (vətəndaşlığı olmayan şəxslər) və miqrantlar daha çox riskə məruz qalırlar.

Dünya üzrə qaçqınların dörddə üçü və miqrantların əksəriyyəti inkişaf etməkdə olan regionlarda yerləşdirilib, burada səhiyyə sistemləri artıq həddindən artıq yüklənib və kifayət qədər inkişaf etməyib. Onların əksəriyyəti həddindən artıq çox insanın olduğu düşərgələrdə, yaşayış məntəqələrində, müvəqqəti sığınacaqlarda və ya qəbul mərkəzlərində yaşayır ki, burada da tibbi xidmətə, təmiz suya və sanitariyaya kifayət qədər çıxış yoxdur.

Rəsmi və qeyri-rəsmi həbs yerlərində, insanların sıx olduğu və antisanitar şəraitdə saxlanılan qaçqınların və miqrantların vəziyyəti xüsusi narahatlıq doğurur. COVID-19 epidemiyasının ölümcül nəticələrini nəzərə alaraq, onlar dərhal azad edilməlidir. Miqrantlar və onların ailələri, eləcə də kifayət qədər hüquqi əsas olmadan tutulmuş şəxslər dərhal azad olunmalıdırlar.

Bu xəstəliyə yalnız hər bir insanın həyat və sağlamlıq hüquqlarını qoruyan inklüziv yanaşma olduqda nəzarət etmək mümkündür. Miqrant və qaçqınlar özgəninkiləşdirmə, stiqmatizasiya və ayrı-seçkiliyə qarşı qeyri-mütənasib şəkildə həssasdırlar (xüsusilə də sənədləri olmadıqda). Bu fəlakətin qarşısını almaq üçün dövlətlər hər kəsin hüquqlarının və sağlamlığının qorunması üçün əllərindən gələni etməlidirlər. Bütün insanların hüquqlarının və sağlamlığının qorunması, həqiqətən də, virusun yayılmasını nəzarət altına almağa kömək edəcəkdir.

Bütün miqrantlar və qaçqınlar da daxil olmaqla, hər kəsin səhiyyə xidmətlərinə bərabər şəkildə çıxışının olması və COVID-19 virusuna qarşı milli səviyyədə həyata keçirilən cavab tədbirlərinə (virusunun qarşısının alınması, test edilməsi və müalicəsi daxil olmaqla) effektiv şəkildə daxil edilməsi vacibdir. İnklüziya təkcə qaçqın və miqrantların hüquqlarının qorunmasına kömək etməyəcək, həm də ictimai sağlamlığın qorunmasına xidmət edəcək və COVID-19 virusunun qlobal səviyyədə yayılmasını dayandıracaqdır. Bir çox ölkələr qaçqın və miqrantları müdafiə və qəbul etsələr də, əksər hallarda COVID-19 kimi böhranlara cavab verə bilmək üçün kifayət qədər hazırlıqlı olmurlar. Qaçqın və miqrantların dövlət səhiyyə xidmətlərinə lazımi səviyyədə çıxışının təmin edilməsi üçün Dövlətlərin əlavə maliyyə dəstəyinə ehtiyacı bilər. Məhz bu məqamda dünya maliyyə institutları bu maliyyə vəsaitlərinin təmin edilməsində aparıcı rol oynaya bilərlər.