13 yaşlı İsmayıl koronavirusdan öldü


Dünya 01 Apr 2020 14:09:00 103 0

13 yaşlı İsmayıl koronavirusdan öldü

13 yaşlı İsmayıl Məhəmməd Əbdülvahab İngiltərədə koronavirusun ən gənc qurbanı olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "HaberGlobal" Britaniya mediasına istinadla məlumat yayıb.

"İsmayılda əlamətlər görünməyə başladı və o, nəfəs almaqda çətinlik çəkirdi. "Kings College" xəstəxanasına yerləşdirildi. Əvvəlcə tənəffüs cihazına qoşuldu, sonra süni komaya salındı, lakin dünən səhər öldü", - deyə ailə üzvləri bildirib.

Onların sözlərinə görə, uşağın səhhətində problem olmayıb:

"Virus yoluxucu olduğu üçün son anlarında onun yanında ola bilmədik".