Azərbaycanda KİVlərlə bağlı yeni qaydalar müəyyən edilir


Digərləri 01 Apr 2020 13:57:00 81 0

Azərbaycanda KİVlərlə bağlı yeni qaydalar müəyyən edilir

Azərbaycanda kütləvi informasiya vasitələri ilə bağlı yeni qaydalar müəyyən edilir.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, kütləvi informasiya vasitələrində dövlət dili normalarına riayət edilməlidir. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

Dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirələrə tövsiyə olunub.