Azərbaycanda dərslərin 15 sentyabradək təxirə salınması xəbəri ilə bağlı


Digərləri 01 Apr 2020 13:40:00 96 0

Azərbaycanda dərslərin 15 sentyabradək təxirə salınması xəbəri ilə bağlı

Bu gün sosial şəbəkələrdə Nazirlər Kabineti yanında operativ qərargaha istinadən guya dərslərin 15 sentyabradək təxirə salınması ilə bağlı yayılan xəbər yanlışdır.

Son.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün "Facebook" səhifəsində bildirib.

Onun sözlərinə görə, belə yanlış xəbərlərin yayılması cinayət tərkibi yaradır:

"Rəsmi qurumların xəbərlərinə istinad edin, doğrusunu bizimlə bölüşün".