Çində sutka ərzində 36 nəfər koronavirusa yoluxub,


Dünya 01 Apr 2020 13:47:00 88 0

Çində sutka ərzində 36 nəfər koronavirusa yoluxub,

Çində sutka ərzində 36 koronavirusa yoluxma halı qeydə alınıb.

Son.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Səhiyyə məsələləri üzrə dövlət komitəsi bu gün məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində 7 nəfər ölüb.

Koronavirusun ilk dəfə qeydə alındığı Hubey əyalətində sutka ərzində xəstəliyə bir yoluxma halı qeydə alınıb, 6 nəfər ölüb, 173 nəfər sağalıb.

Bir ölüm faktı isə Şanxayda qeydə alınıb.