"Əhalinin geniş təbəqələrinə sosial dəstək birdəfəlik ödənişlərdə özünü əks etdirə bilər"


Digərləri 01 Apr 2020 13:22:00 81 0

"Əhalinin geniş təbəqələrinə sosial dəstək birdəfəlik ödənişlərdə özünü əks etdirə bilər"

Koronavirus pandemiyası, eləcə də dünya iqtisadiyyatında kapitalın effektivliyinin düşməsi ilə bağlı problemlər və dərin böhrana daxilolma Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı ekspert Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, son günlər ərzində işgüzar fəallığın zəifləməsi, iş yerlərinin bağlanması artıq reallığa çevrilib:

"Pandemiya ilə bağlı tədbirlərin gücləndirilməsi, bu xəstəliklə əlaqədar xərclərin artması neftin qiymətinin kəskin şəkildə ucuzlaşması üst-üstə düşdü. Belə olan halda iqtisadiyyatda kifayət qədər mürəkkəb vəziyyət yarandı. Proseslərin ölkə iqtisadiyyatına ciddi mənfi təsirinin olmaması üçün Azərbaycan Prezidenti tərəfindən 4 istiqamət üzrə işçi qruplar yaradıldı. İşçi qruplarının başlıca məqsədi mənfi fəsadların maksimum dərəcədə yumşaldılması və iqtisadiyyatın dayanıqlılığının təmin olunmasından ibarətdir. Addımın bir istiqaməti sosial bloka aiddir. Çünki sosial gərginliyin olmamasına yönəldilən tədbirlər zəruridir. Bu, bir tərəfdən də ölkə əhalisinin geniş təbəqəsinin sosial rifahının yüksəldilməsinə və ən azından zəifləmələrin olmamasına yönələn siyasətdir. Unutmayaq ki, illər ərzində ölkədə sosial paket reallaşdırılmışdı. Paketin effektinin itirilməməsi üçün əhalinin geniş təbəqələrinə sosial dəstək göstərmək önəmlidir. Bu dəstək birdəfəlik ödənişlərdə özünü əks etdirə bilər. Eyni zamanda, yeni iş yerlərinin hazırkı şəraitdə açılması sosial baxımdan olduqca vacibdir. Sosial ödənişlərin yüksəldilməsi ilə daxili bazarın genişləndirilməsinə şərait yarada bilərik. Bu da işgüzar fəallığa müsbət təsir göstərə bilər.

Digər tərəfdən isə bank sektoru ilə bağlı əsas istiqamət valyuta bazarında sabitliyin qorunmasıdır. Bu, ölkənin makroiqtisadi sabitliyi üçün əhəmiyyətlidir. Kreditlərlə bağlı güzəştlərin verilməsi də zəruri məsələdir".

Ekspert bildirib ki, bank sektorunun dayanıqlılığının təmin olunması və bu işlərin reallaşdırılması üçün yeni yanaşma tələb olunur: