Azərbaycanda işıqpulu ilə bağlı güzəşt edildi


Digərləri 01 Apr 2020 13:32:00 112 0

Azərbaycanda işıqpulu ilə bağlı güzəşt edildi

Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti artırılır.

Son.az Trend-ə istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamına əsasən hazırlanmış elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramında öz əksini tapıb.

Proqrama görə, əhali qrupu üçünelektrik enerjisindən güzəştli istifadə limiti 100 kilovat/saat həcmindəmüddətli artırılıraq 300 kVt/saatdan 400 kVt/saata çatdırılır.