ABŞ-da 6,5 bal gücündə zəlzələ baş verdi


Dünya 01 Apr 2020 13:10:54 115 0

ABŞ-da 6,5 bal gücündə zəlzələ baş verdi

Zəlzələ 10 km-lik dərinlikdə baş verib və 30 saniyə çəkib.

ABŞ-ın Aydaho ştatında 6,5 bal gücündə zəlzələ olub.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi yayıb.

Bildirilib ki, yeraltı təkanlar Nevada və Montana da daxil olmaqla, Aydahoya qonşu 6 ştatda hiss edilib. Zəlzələ 10 km-lik dərinlikdə baş verib və 30 saniyə çəkib.

Yerli hakimiyyət itki və dağıntının olmadığını bildirib.