ABŞda koronavirusdan ölənlərin sayı 4000 nəfəri ötüb


Dünya 01 Apr 2020 13:14:00 100 0

ABŞda koronavirusdan ölənlərin sayı 4000 nəfəri ötüb

Amerika Birləşmiş Ştatlarında (ABŞ) koronavirusdan ölənlərin sayı 4000 nəfəri ötüb.

Son.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 190 min nəfərə yaxınlaşıb, virusa yoluxanlardan 7000 nəfərdən çoxu sağalıb.

Son sutka ərzində isə 865 nəfər ölüb ki, bu da ölkə üçün rekord göstərici sayılır.