İranda daha iki rəsmi şəxs koronavirusdan öldü


Dünya 01 Apr 2020 13:07:14 109 0

İranda daha iki rəsmi şəxs koronavirusdan öldü

İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Zərşuran qızıl mədəni kompleksinin direktoru Məhəmməd Rza Siyabani koronavirus nəticəsində ölüb.

Son.az bildirir ki, bu barədə Trend İran KİV-nə istinadən məlumat verib.

57 yaşlı Siyabani Təbrizin İmam Rza xəstəxanasında 1 ay idi ki, müalicə alırdı.

İranın Tehran vilayəti Yol və Şəhərsalma İdarəsinin baş direktoru Rza Negəhban da bu gün koronavirus nəticəsində ölüb.

Bu barədə Tehran vilayətinin Yol və Şəhərsalma İdarəsi məlumat yayıb.

Məlumata görə, Negəhban 10 gün idi ki, Tehran xəstəxanasında müalicə alırdı.