Türkiyədə koronavirusa yoluxan Azərbaycan vətəndaşından xəbər var - RƏSMİ


Siyasət 01 Apr 2020 12:55:53 93 0

Türkiyədə koronavirusa yoluxan Azərbaycan vətəndaşından xəbər var - RƏSMİ

Türkiyədə koronavirus (COVİD-19)&infeksiyasına&yoluxan Azərbaycan vətəndaşının səhhəti yaxşılaşıb.

Türkiyədə koronavirus (COVİD-19)infeksiyasınayoluxan Azərbaycan vətəndaşının səhhəti yaxşılaşıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim məlumat verib.

Həmin şəxsin kimliyi haqqında məlumatın açıqlanmasını etik saymayan diplomat onunartıq öz evində olduğunu söyləyib:

"Rəsmi məlumata əsasən, Türkiyədə koronavirusa yoluxanlar arasında cəmi bir Azərbaycan vətəndaşı var. Ondan başqa yoxdur. Biz də həmin vətəndaşımızla dərhal əlaqə saxlamışdıq. Həm özü, həm valideynləri, həm də müalicə üçün yerləşdirdildiyi xəstəxana ilə əlaqə saxlamışıq. Onun da vəziyyəti indi yaxşıdır, artıq evdədir. Biz daim əlaqə saxlayırıq və heç bir problemi, sıxıntısı yoxdur".